Yeni Azərbaycan partiyasının dəstəyi ilə 1000 nəfər ücün nəzərdə tutulmuş ərzaq yardımı ilk olaraq ermənistanla təmas xəttininin bir addımlığında yerləşən 110 təsərüfatı olan Köhnəqışlaq kəndinin hər bir sakininə verildi . Mütəmadi olaraq düşmən ordusunun atəş altında qorxmadan yaşayan bu mərd kəndin sakinləri onlara göstərilən bu diqqətə görə ölkə rəhbərinə minnətdar olduqlarını dilə gətirdilər . Yeni Azərbaycan partiyasının Ağstafa rayon təşkilatının sədr müavini Elmar Kərimov özü ilə gətirdiyi ərzaq sovqatını ailələrə verərək daim dövlətin onların yanında olduğunu bildirdi . bundan başqa əhali ilə söhbət zamanı prezidentin biz birlikdə güclüyük şüarı altında gətirilən ərzaqın hər bir az təminatlıya şəxsən catdırılacağıda vurğulandı.
Ərzaq yaşlı insanlara eləcədə şəhid ailələrininin şəxsən mənzillərinə gətirilərək könüllülər tərəfindən təhvil verilirdi .
Rayonun digər kəndlərinə veriləcək ərzaqlarisə ilk əvvəl anbara toplandı daha sonra icra hakimiyyətinin yerli nümayəndələrinə siyahı əsasında veriıərək ünvanlara yollanırdı . Coxuşaqlı ailələr eləcədə ahıl qocalar və kimsəsizlər nəzərə alınmaqla gətirilən ərzaq yardımı bir bir könüllülər vasitəsilə ünvanlara catdırıldı . Yeni azərbaycan partiyasının sədr müavini Elmar Kərimov bildirdi ki Karanavirus pandemiyasının geniş yayıldığı bir ərəfədə dövlət daim vətəndaşının yanındadır əhalidən isə istək evdəqalmaq olduğunu vurğuladı .
Sədr müavini aztəminatlı ailələrə bu kimi yardımlarını davam etdirəcəyinidə bildirdi.
Vasif Vaqifoğlu SPACE TV