Yenə zəlzələ oldu

  • SpaceTV
  • 26 Noyabr 2019 15:23

Bosniya və Herseqovinada Rixter cədvəli ilə 5,4 bal gücündə zəlzələ olub.

SPACE TV-in məlumatına görə, yeraltı təkanlar paytaxt Sarayevodan 75 kilometr cənubda qeydə alınıb.

Episentr yerin 10 kilometr dərinliyində olub.

Zəlzələ nəticəsində itki və ya fəsadların olması barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, səhər saatlarında Albaniyada 6,4 bal gücündə zəlzələ baş verib, 7 nəfər həlak olub, yüzlərlə sakin xəsarət alıb. 

Paylaş

 Xəbəriniz olsun