Bir tərəfdən işci qüvvəsi digər tərəfdən texnikalar işləyir . Bütün bunlar cəbhə rayonunun cəbhə kəndində aparılan yaz hazırlığındandır . Hazırlıq işləri 4 rayonun 57 min suvarilan sahəsini su ilə təmin edən Ağstafacay hidro qovuşağının sağ və sol magistral kanallarında aparılır . Qazax rayonunun düşmənlə sərhəddə yerləşən Daş salahlı , Ürkməzli, Xanlıqlar , Ağköynək kəndlərindən kecən iri tutumlu su ötürücü kanal qısa müddətdə təmizlənərək su istifadəcilərinin ixtiyarına veriləcək .
Əsasən iti texnika lil qatını bir əraziyə toplayaraq daha sonra ekskavatorlar vasitərilə yük maşınlarına toplanır və ərazidən kənarlaşdırılır . artıq bir necə gündür ki təmizlənməsinə başlanan 59 kilometrlik sağ magistral kanalının şəmkir ərazisi təmizlənib . hazirda isə Tovuz Qazax və Ağstafa rayonlarında təmizlənmə paralel aparılır . Fermerlər təmizlənmənin su artımına böyük təsirinin olduğunu deyirlər.
Təmizlənmə işləri ilə yanaşı həmdə kanal üzərindəki kecidlərdə hazır vəziyyətə gətirilir
Kanalda cirkablıq yaranmasının əsas səbəblıərindən biridə düşən ermənistandan axıdılan tullantilardır. Kanallarda təmizlənmə zamanı 500 metdən uzun olan su ötürücü 6 duker xüsusi üsullarla təmizlənir.
1971 cildə inşa edilən Ağstafaçay hidroqovuşağı 120 milyon kub metr su tutumuna malıkdir .Anbara suyun yığımı ermənistan ərazisindən dağlardaki qar vasitəsilə həyata kecirilir . Nəzərə alsaq ki son vaxtlar yay fəsli quraq kecir demək suvarilan sahələrin kanal suyuna ehtiyyacı bir o qədər cox olur .Anbar rəisi 7 aydır regiona yağıntının yağmamasına baxmayaraq hazırda ağstafaçayı vasitəsilə göldə 15 milyon kub su toplanıb , amma bu rəqəm qarşıdakı aylarda daha da coxalacaq .
Təmizlənmə işləri əsasən qış fəslində cox sürətlə aparilir ki suvarma mövsümünə qədər yekunlaşsın.Qeyd edim ki hidroqovuşaq 4 rayonu suvarma suyu ilə təmin edir eyni zamanda Qazax şəhərinin icməli su ilə təminatinda da rolu böyükdür .
Vasif vaqifoğlu SPACE TV