Yaz fəsli olmasına baxmayaraq bəzi bölgələrimizdə qış abu havası yaşanır.Qubanın dağlıq ərazilərinə qar yağıb.

  • Space TV
  • 23 Aprel 2020 16:48

Ötən gündən rayonda hava şəraiti dəyişib. Rayonun Xaltan, Qrız və Xınalıq,Aydınkənd kəndlərinə, eləcə də Böyük Qafqaz dağlarının ətəklərində yerləşən digər yaşayış məntəqələrinə qar yağıb. Dağ kəndlərində şaxta qeydə alınıb.

Quba ərazi hidrometrologiya müəssisəsindən verilən  məlumata görə,havanın temperaturu əvvəlki günlə müqayisədə 5-10 dərəcə aşağı düşüb. Xınalığa 5, Qrıza 5, Xaltana 1 sm  qar yağıb.Bu kəndlərdə havanın temperaturu da fərqli olub.Xınalıqda -3 şaxta qeydə alınıb. Ən aşağı temperatur isə rayonun Qrız kəndində qeydə alınıb. Burda temperatur mənfi 4 dərəcəyədək enib. Rayonun,Qonaqkənd,Xırt,Afurca kəndlərində qar müşahidə olunsa  da amma  qar daha tez əriyib.

Qeyd edək ki,hazırda da bəzi ərazilərdə qarlı  hava şərati hələ də müşahidə olunur.

Emin Vaqifoğlu SPACE TV                                  

Paylaş

 Xəbəriniz olsun