Yayda payız yaşayanlar

  • Space TV
  • 18 Avqust 2020 13:52

Paytaxtın Hökməli qəsəbəsi, Mirzəağa Əliyev küçəsində yaşayan sakinlər elə yayı da payız kimi yaşayırlar. Çünki, bu ərazidə yayda da yollar palçıqlı olur. Space TV-nin xəbərinə görə, səbəb ərazidə kanalizasiya xəttlərinin olmaması və qrunt sularının çökək ərazilərə toplanmasıdır. Nəticədə avqust ayında ortaya belə görüntü çıxır.

Məsələ ilə bağlı Hökməli bələdiyyəsinə üz tutduq. Qurumdan şifahi olaraq məsələdən xəbərdar olduqlarını bildirdilər. Qeyd edildi ki, yaxın günlərdə, hətta bir həftə ərzində ərazidəki su təmizlənəcək və kanalizasiya xətti çəkiləcək. Necə deyərlər, yüzə dözən, yüz birə də dözər. Sakinlər daha bir həftə gözləməli olacaq. Mövzuya qayıdacağıq.

Paylaş

 Xəbəriniz olsun