Yay Olimpiya Oyunları tarixdə ilk dəfə azarkeşsiz keçirilə bilər

  • Space TV
  • 22 İyul 2020 12:22

Tokio Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Yoşiro Mori yarışların azarkeşsiz keçiriləcəyini istisna etməyib.

Y.Mori bu barədə NHK telekanalına verdiyi müsahibədə bildirib.

“Tribunalarda tamaşaçı sayının azaldılması mexaniki şəkildə həyata keçirilə bilməz. Bu, müxtəlif meyarlar əsasında olmalıdır. Misal üçün, yarışlarda ancaq yerli publikanın iştirakını təmin etmək olar. Hazırda Olimpiya Oyunlarının tamaşaçısız keçirilməsi müzakirə edilmir, ancaq mümkün ssenari kimi bu versiya ətrafında düşünməyimiz mümkündür”, – deyə, Y.Mori qeyd edib.

Qeyd edək ki, Tokio Olimpiadasının vaxtı bir il ertələnərək, 2021-ci il 23 iyul – 8 avqust tarixlərinə təyin edilib.

Paylaş

 Xəbəriniz olsun