Yay düşərgəsi keçirilib

  • SpaceTV
  • 2 Sentyabr 2019 16:37

Şamaxıda innovasiya yay düşərgəsi keçirilib. Düşərgədə  müxtəlif bölgələrdən olan “Startup” turlarının finalçıları bir araya gəlib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  İdeyadan Biznesə” layihəsi çərçivəsində Şamaxıda “İnnocamp” innovasiya yay düşərgəsi təşkil edib. Düşərgədə cari ildə Bakı, Naxçıvan, Lənkəran, Gəncə, Mingəçevir, Şəki, Sumqayıt, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay və Tovuz şəhərlərində baş tutmuş startap turlarının finalçıları iştirak edib. 18 komandanı təmsil edən 54 tələbə üçün marketinq, dizayn və təqdimatların hazırlanması üzrə təlimlər keçirilib. Onlara düşərgə çərçivəsində startap ekosistemi, ideyanı biznesə çevirməyin yolları barədə məlumat verilib.

     Düşərgədə təlimlər, vorkşoplar və müzakirələrlə yanaşı, iştirakçılar üçün əyləncə proqramı da təşkil olunub. Əsas məqsəd bu sahədə bilik mübadiləsi və ümumi ekosistemin formalaşdırılmasının müzakirə edilməsidir, treninqlərin əsas mövzususu biznes və kommunikasiya bacarıqları olub.

Təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahələrində innovasiyaların tətbiqi mövzuları ətrafında müzakirələr aparılıb. Eyni zamanda, məktəblilərin yüksək texnologiyalar sahəsinə marağının artırılması məqsədi daşıyan “Robopark” layihəsi barədə danışılıb.

İdeyadan Biznesə” layihəsi ölkəmizdə startap hərəkatının formalaşdırılması, gənclərin biznes ideyalarına dəstək verilməsi, innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi məqsədilə həyata keçirilir.

 Vahid  Fəxri – Şamaxı

Paylaş

 Xəbəriniz olsun