Yaxın qohumunun yas mərasimində iştirak etmək adı ilə 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciət edən daha 115 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar inzibati qaydada cəzalandırılıblar.

  • SpaceTV
  • 17 Aprel 2020 12:17

Paytaxt Bakı və Respublikanın ayrı-ayrı rayonlarında bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 115 nəfərin şəxsiyyəti müəyyən edilib. Həmin şəxslər polis idarə, şöbə və bölmələrinə gətirilərək izahatları alınıb. Bu cür süi-istifadə hallarına yol verənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə müvafiq tədbirlər görülüb və hər biri 100 manat məbləğində cərimə edilib. Bir nəfər barəsində isə inzibati qaydada məhkəmənin qərarı ilə həbs qərarı çıxarılıb.

Bir daha diqqətə çatdırırıq ki, 8103 nömrəsinə edilən bütün müraciətlər ciddi və hərtərəfli araşdırılır.  Bu səbəbdən vətəndaşlardan tələb olunur  ki,  8103 xidmətindən süi-istifadə hallarına yol verməsinlər. Əks halda bu davranış karantin rejimi tələblərinin pozulması kimi qeydə alınaraq həmin şəxs barəsində ciddi cəza tədbirləri görüləcək.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun