“Yaxın 2-3 ildə kirayə mənzil bazarında qiymətlər stabilləşə bilər” – Ekspert

  • SpaceTV
  • 12 Dekabr 2019 17:05

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kirayə mənzil mexanizminin işə düşməsi bu bazarda qiymətləri stabilləşdirəcək.

SPACE TV  xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov “APA-Economics”ə bildirib ki, kirayə yolu ilə mənzillərin güzəştli satışına başlanılması bazarda tələb təzyiqini bir qədər yumşaldacaq.

“Bu mexanizm kirayə mənzil bazarında qiymətlərin stabilləşdirici faktoru rolunu oynayır. Kirayə mənzil bazarında təklif qıtlığı var, tələb isə ilbəil artır. İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə kirayə mənzil satışına başlanılması bu bazarda təklifi artırmaqla tələb təzyiqini bir qədər yumşaldacaq. Düşünürəm ki, qısa müddətdə olmasa da, 2-3 il ərzində qiymətlərin tarazlaşdırılmasına, stabilləşdirilməsinə nail olunacaq”, – deyə ekspert bildirib.

Qeyd edək ki, Fond tərəfindən kirayə mənzil satışı üzrə müraciətlərin qəbuluna bu il sonunadək başlanılması gözlənilir.

Paylaş

 Xəbəriniz olsun