Yatmış kişini basdırdılar

  • SpaceTV
  • 12 Noyabr 2019 12:07

Hindistanın Tamilnad ştatının Koimbatur şəhərində yeni qurulan estakadanın inşaatçıları yatmış kişinin üstünü qumla örtüblər.

Bu barədə “The New Indian Express” məlumat yayıb.

Hadisə noyabrın 7-si axşam saatlarında qurulan estakadanın yaxınlığında, yaşıllığın salınması planlaşdırılan ərazidə baş verib. Üzəri qumla örtülmüş kişinin cəsədi iki gün sonra hamarlanma işləri zamanı aşkar olunub.

Şəxsiyyəti bəlli olmayan 40 yaşlı adamın ətrafında spirtli içki şüşələri olub. Polis onun hadisə baş verən anda sərxoş vəziyyətdə olduğu istisna etməyib. Digər versiya isə, onun əvvəldən öldürülərərk burada basdırılmasıdır.

Oktyabrda verilən xəbərə görə, Çinin Şandun əyalətinin Layu şəhərində yaşayan ailə səhvən sağ körpəni dəfn ediblər, lakin o, yerin altından səs eşidən qonşular tərəfindən xilas edilib. Yeni doğulmuş körpə müalicə üçün xəstəxanaya çatdırılıb.

Paylaş

 Xəbəriniz olsun