Yataqxanada dözülməz vəziyyət- VİDEO

  • SpaceTV
  • 12 Avqust 2020 15:22

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən yataqxana qəzalı vəziyyətdədir. Space TV-nin məlumatına görə, hərbçilər üçün nəzərdə tutulan 1 saylı yataqxanada  qaçqın və məcburi köçkünlər də yaşayır. Binada 27 qaçqın ailəsi  məskunlaşıb. Bina çox təhlükəli durumdadır, hər an uçmaq təhlükəsi  var. Kommunal xəttlər demək olar ki, sıradan çıxıb. Dözülməz vəziyyət yaranıb.

Kanalizasiya xətti tez-tez sıradan çıxdığından üfunət iyi yataqxananı bürüyür.  Kanalizasiya suları yataqxananın zirzəmisinə dolduğu üçün ilin bütün fəsli ağcaqanad və gəmiricilər xəstəlik mənbəyinə çevrilib.

Məsələ ilə bağlı aidiyyatı qurum olan Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Qurumdan bildirildi ki, məsələ tez bir zamanda həllini tapacaq.

Nurlan Cəfəri, Həsənağa Dadaşov, Space TV

Paylaş

 Xəbəriniz olsun