Yaşlı kişini avtomobil vurub öldürüb

  • SpaceTV
  • 30 Avqust 2019 11:12

Space TV -nin Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Məlumata görə, hadisə Şah İsmayıl Xatai prospektində baş verib. Belə ki, yolu qarşı tərəfə keçmək istəyən yaşlı kişini “VAZ” markalı avtomobil vurub. Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda ölüb

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun