Yaşıllıqların elektron bazası

  • Space TV
  • 2 Mart 2020 15:11

Yaşıllıqlar həyat mənbəyimiz olduğuna görə onları daim qorumalıyıq. Əlavə layihələr yerinə yetirilən zaman ağaclar köçürülərkən belə qanunsuz olaraq yaşıllıqlara ziyan vermək mümkün olmayacaq. Çünki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində bununla əlaqədar İşçi Qrup yaradılıb və İşçi Qrup tərəfindən Bakı şəhəri və rayonlar üzrə ilkin bölgülər aparılır, hər rayon şərti kvartallara bölünür və nömrələnir. Bunlar hamısı elektron məlumat bazasında öz əksini tapacaq.

Həmçinin konkret olaraq hər bir ərazi üzrə ağacın sayı,coğrafi koordinatları məlumat bazasına daxil edilir.

Mövcud yaşıllıq sahələrinin uçota alınması üçün ərazidəki yaşıllıq faizi hesablanır, fotoşəkilləri çəkilir və elektron məlumat bazasında yerləşdirilir.

Qeyd edək ki,paytaxtda ilkin olaraq 800 min hektara yaxın ərazinin məlumat bazası yaradılacaq.Bu prosses şəhər və rayon mərkəzlərində həyata keçiriləcək.

 LALƏ ÜLVİQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun