Yaşı 20-dən 25-dək olan kişilərin DİQQƏTİNƏ…

  • Space TV
  • 4 Fevral 2020 16:14

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dölət Yol Polisi İdarəsi (BDYPİ) yol-patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifəsində xidmət aparılması üçün hazırlıq kurslarına qəbul elan edir.

SPACE TV  xəbər verir ki, bu barədə BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Kurslarda ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, sürücülük hüququna malik, aydın nitq qabiliyyəti olan, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vuran, əvvəllər özü və yaxın qohumları qəsdən törədilən ağır cinayətlərə görə məhkum olunmayan (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Kursları müvəffəqiyyətlə bitirib buraxılış imtahanlarından məqbul qiymət almış şəxslər DYP bölümlərinin vakant YPX inspektoru vəzifələrinə təyin ediləcəklər.

Kurslarda iştirak etmək istəyən şəxslər 20.02.2020-ci il tarixədək hər gün saat 10:00-dan 17:00-dək DİN-in BDYPİ-nə (Bakı şəhəri, Xırdalan – Binəqədi şossesi 4) müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər.

Paylaş

 Xəbəriniz olsun