Yaşı 100-dən artıq olan park

  • SpaceTV
  • 9 Noyabr 2019 15:54

Qudyalçayın sahildə yerləşən bu parkın salınmasının isə maraqlı  tarixçəsi var.Tarixi mənbələrə görə Quba şəhərinin təməli XIV əsrdə qoyulub. XVIII əsrin ortalarında isə Quba xanlığı yaradılır.Həmin dövrdə şəhərdə Xan sarayı və qala divarları inşa edilir.Lakin şəhər əhalisinin istirahəti üçün hər hansı bir bağ və ya ərazi olmur. Elə buna görə də 19-cu əsrin 50-ci illərində məmurların və qəza rəislərinin istirahəti üçün şəhərin yuxarı hissəsində bağ salınır.

Əvvəllər Qubernator bağı kimi tanınan bu ərazi Quba şəhərində salınan ilk istirahət parkı olur.Yerli sakinlər deyir ki,sahəsi 3 hektar olan bu bağda sonuncu dəfə abadlıq işləri ötən əsrin 70-ci illərində aparılıb.Bağın maraqlı tarixçəsi olduğu kimi hətta bir çox şəhər sakinlərinin də yaddaşında tarixi izlər qoyub.

Uzun illər baxımız qalan bu prakın vəziiyəti isə  sakinlərini narahet edirdi.Lakin üstündən uzun müddət keçəsinə baxmayaraq bü günlərdə  park yenidən qurulub.Burada  insanların istirahətlərini xoş və mənalı təşkil etmək üçün şərait yaradılıb.

Qeyd edək ki,hazırda Qubada 10-a yaxın istirahət və əyləncə parkı var.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun