YAŞAYIŞ OLAN BİNADA ƏLAVƏ MƏRTƏBƏLƏR TİKİLİR

  • SpaceTV
  • 7 Avqust 2020 17:02

Paytaxtda bir tikinti şirkəti var ki, uzun illərdən bəri  sakinlərin bu binada yaşamasına baxmayaraq , sözgedən  binada yenidən əlavə mərtəbələrin ucaldılmasına başlanılıb.Görüntülər Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəndir.

Space tv xəbər verir ki, burada yaşayan sakinlər deyir ki, bir il əvvəl günlərin birində yuxudan oyanıb görüblər ki,yaşadıqları  binanın 15-ci mərtəbəsində tikinti işlərinə başlanılıb.İnşaat şirkətinin təhlükəsizlik qaydalarına riayət etmədən sakinlərin həyatını təhlükəyə atılmasına razı olmayan sakinlər buna etiraz etsələrdə şirkət  sakinlərin haqlı narazılığına heç bir məhəl qoymadan 1 ildir ki, öz işlərini davam etdirir

Çəkliş apardığımız zaman əraziyə gələrək özünü “ARKO MMC” tikinti şirkətinin rəhbəri kimi təqdim edən Asif Əsədullayev  bildirir ki,binanın torpaq sahəsi sərəncamla ona məxsus olub,ancaq podratçı şirkət olaraq  binanın 15 mərtəbəsini “BadüKubə” tikinti şirkəti həyata keçirib.Sonradan aralarında narazılıq yarandığı üçün hətta tərəflər arasında gedən çəkişmə zamanı ölüm hadisəsi də qeydə alınıb

Yaşayış binasının üzərində aparılan inşaat  zamanı heç bir tikinti normativlərinin pozulmadığını vəelə sənədlərdə də binan 17 mərtəbə ucaldılmasını icazə verildiyini deyən Asif əsədullayev nədənsə həmin icazə sənədlərini tapmaqda çətinlik çəkdi

Özünü bizə şirkətin direktoru kimi təqdim edən Asif Əsədullayevin həyat yoldaşı Rəfilə Əsədullazədə isə binanın bu vaxta kimi istismara verilmədiyini və əlavə iki mərtəbənin tikintisinə isə aidiyyatı qurumların icazə verdiyini iddia etdi

Rəfilə Əsədullazədəyaşayış binasının 17 mərtəbəyə kimi ucaldılmasına verilən icazə sənədlərinin binanın 15 mərtəbəsinin tikilməsini icra edən pordatçı şirkət “BadüKubə”MMC-nin rəhbəri Ədalət adlı şəxsdə olduğunu deyərək sənədləri həmin şəxsdən götürmək üçün bizimlə “BadüKubə”şirkətinə yollandı.Ancaq Ədalət adlı şəxs nəyin ki, sərəncamı bizə nümayiş etdirdi hətta çəkliş qrupumuza hədə-qorxu gəlməkdən də çəkinmədi

Görülən tikiniti işlərinin  qanun çərçivəsində aparılmasına aid heç bir sənəd təqdim edə bilməyən bu şirkət rəhbərləri verdiyimiz suallaraisə bu formada cavab verməklə kifayətləndilər

Bəs qanun nə deyir,tikinti normativlərində yaşayış olan binada əlavə mərtəbələrin ucaldılmasına icazə varmı? əgər bu inşaat işlərinə icazə verilirsə podratçı şirkət əlavə mərtəbələrin ucaldılmasını  hansı qaydada həyata keçirməlidir

Hüquqşünas  Bəhlul İsgəndərovun sözlərinə görə hüquqları pozularaq həyatları təhlükə altında olan bina sakinləri bu tikintinin dayandırılmasını təmin etmək üçün tez bir zamanda məhkəməyə müraciət etməlidirlər

RƏŞAD VƏKİLOĞLU SPACE TV     

Paylaş

 Xəbəriniz olsun