Yaşayış məntəqələri üçün təhlükə çayın sahilində bəndlər tikilir

  • SpaceTV
  • 30 Oktyabr 2019 15:38

İlisu kəndinə təhlükə yaradan Kürmük çayında tədbirlər görülür…

Bəndlərin tikintisində müasir ağır texnikalardan istifadə olunur.Məqsəd,sel sularının və uçqunun qarşısını almaqdır.

Mənbəyini Böyük Qafqaz sıra dağlarından götürən Kürmük çayı Qax rayonu ərazisindən keçən və dağıdıcı gücə malik çaylardan hesab olunur.Əsasən yaz və payız fəslində çayda suyun səviyyəsi artır,əksər hallarda isə bu hal sel gəlməsi ilə müşahidə olunur.Yeni salınan 3 ədəd ümumi uzunluğu 120 metr olan bəndlər isə əsasən uçqunun qarşısının alınmasına xidmət edəcək.

Qeyd edək ki,artıq bir neçə ildir ki,Kürmük çayı sahilində kəndlərin seldən mühafizəsini təmin olunması məqsədi ilə geniş miqyaslı sahil bərkitmə işləri aparılır.Çayın sahillərində salınan bəndlər yaşayış məntəqələrini sel sularından qoruyur.

İlkin Piranov  SPACE TV

Paylaş

 Xəbəriniz olsun