Yaşayış evində partlayış və yanğın olub

  • Space TV
  • 20 İyun 2020 12:06

Hadisə Yevlax rayonunun Aşağı Bucaq kəndində ümumi sahəsi 126 m2 olan birmərtəbəli 3 otaqlı evdə qeydə alınıb.  Yanğınla nəticələnən partlayış zamanı evin tavanı, divarın müxtəlif hissələri bir-birindən aralanıb. Yanğın nəticəsində mənzilin lambirindən ibarət tavanı 15 m sahədə yanıb. Partlayış dalğasının təsirindən evin giriş qapısı da yerindən çıxıb. Hadisə zamanı 47 yaşlı Məharət Rəsulov yanıq xəsarətləri alıb. Qonşuların köməyi ilə ev sahibi xəstəxanaya çatdırlıb.

İlkin ehtimala görə, yaşayış evində partlayış məişət qazının sızması nəticəsində baş verib.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun