Yaşayış evi yanaraq kül oldu

  • SpaceTV
  • 5 Sentyabr 2019 15:01

Qaxda yanğın baş verib. Yeddi nəfərdən ibarət ailənin yaşadığı ev yanaraq külə dönüb. Xoşbəxtlikdən yanğın baş verən zaman evdə heç kim olmayıb.

Rayonun Tasmalı kəndində kənd sakini, 62 yaşlı Səfərəli Camalova məxsus ümumi sahəsi 165 kvadratmetr olan ev anidən alışıb.

Yanğın baş verən əraziyə Qax və Zaqatala rayonlarından 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Ailə başçısının sözlərinə görə, yanğın baş verən zaman evdə heç kim olmayıb.

Yanğın zamanı ev içərisindəki əşyalarla birlikdə yanıb. Həyətdə olan tövlə və evə bitişik yarımtikili yanğından mühafizə olunub.

Paylaş

 Xəbəriniz olsun