Yaşayış binasının zirzəmisində mərmi aşkarlanıb

  • Space TV
  • 19 Avqust 2020 14:38

Tovuz rayonunda  yaşayış binasının zirzəmisində  mərmi aşkarlanıb.

Space TV-nin xəbərinə görə, rayonun  Xəqani küçəsi, 8 nömrəli binanın  zirzəmisində silah-sursat aşkarlanması  barədə Daxili İşlər Nazirliyinin ″102″ xidmətinin zəng mərkəzi və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə əməliyyat çağırışı daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri  və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə xüsusi təlim keçmiş itlərlə binanın zirzəmisinə  baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb və bina sakinləri təxliyə olunub .  Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində binanın zirzəmisindən 1 ədəd 82 millimetrlik minaatan mərmisi aşkar olunaraq agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunan mərminin ətrafında 12 kv.m əraziyə  baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Vasif Vaqifoğlu, Rəşad Əliskəndərov, Space TV

Paylaş

 Xəbəriniz olsun