Yaşayış binasının beton paneli aşıb

  • SpaceTV
  • 22 Sentyabr 2020 14:22

  Cəlilabadda  yaşayış  binasının girişi üzərindəki  beton panel  aşıb. Spacetv.az-ın məlumatına görə, hadisə  rayonun  Azərbaycan küçəsində  32 ailənin yaşadığı  binada  baş verib.

Sakinlərin  sözlərinə  görə,  son iki gün ərzində  yağan leysan xarakterli yağışlar  binanın giriş hissəsindəki beton panelin  aşmasına səbəb olub.  Aşan  beton panel  binanın üç  giriş hissəsindən birinin   qarşısını kəsdiyi üçün  mənzillərdəki  8 ailə  evlərində köməksiz vəziyyətdə  qalıb. Hadisə  yerinə FHN Cəlilabad  Rayon  Yanğından  Mühafizə Bölməsinin Qəza Xilasetmə qrupunun əməkdaşları cəlb edilib.  Binanın giriş  hissəsindəki   süni  maneə  aradan qaldırılıb. Qeyd edək  ki, yaşayış binası 1989 -cu  ildə istifadəyə verilib.

Paylaş

 Xəbəriniz olsun