“YAŞAT”ın dəstəyi ilə daha bir neçə şəxs əməliyyat olundu – FOTO

  • Space TV
  • 21 Yanvar 2021 16:08

“YAŞAT” Fondu yaralanan şəxslərin və şəhid ailəsi üzvlərinin müalicə xərclərinin qarşılanması üzrə işləri davam etdirir.

Fond tərəfindən Bakı və Gəncə şəhərində müvafiq kateqoriyadan olan növbəti şəxslərin tibbi müayinələrdən keçirilməsi və əməliyyatı təmin edilib.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığı təmin etmək məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

Həmçinin Fondun 8110 Çağrı Mərkəzi fəaliyyət göstərir.

Paylaş

 Xəbəriniz olsun