“YAŞAT” Fondu daha üç qazimizin müalicəsini öhdəsinə götürdü – FOTO

  • Space TV
  • 3 Mart 2021 11:51

“YAŞAT” Fondu yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.

Fonddan verilən məlumata görə, qazilərimiz Ayxan İsayevin, Novruz Novruzovun və İsrail İsmayılovun, şəhidimiz Ramin Ağayevin atası Ağarəhim Ağayevin əməliyyat xərcləri fond tərəfindən qarşılanıb.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və qurumun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid:

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Paylaş

 Xəbəriniz olsun