“YAŞAT” daha dörd şəhid ailəsinin əməliyyat xərclərini ödədi – FOTO

  • Space TV
  • 3 Fevral 2021 17:40

“YAŞAT” Fondu tərəfindən şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi ilə bağlı işlər davam etdirilir.

Şəhidimiz Şamil Hüseynlinin atası Novruz Hüseynovun, şəhidimiz Cəsarət Səfərovun anası Nuriyyə Səfərovanın, şəhidimiz Məhəmməd Səmədovun qardaşı Bəylər Səmədovun, şəhidimiz Zəbiyulla Məmmədovun anası Aynurə Məmmədovanın əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb. 

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

Paylaş

 Xəbəriniz olsun