“YAŞAT” daha bir qazimizin müalicəsi üçün vacib addım atdı – VİDEO

  • Space TV
  • 11 Yanvar 2021 10:09

“YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı mühüm addımlar atılır. 

Ciddi fiziki travma alan, zəruri tibbi müayinələrdən keçən və artıq ilk əməliyyatı uğurla başa çatan qazimiz Yusif Ağammədovun fiziki bərpa prosesini daha da sürətləndimək üçün “YAŞAT” Fondu tərəfindən xaricdən sifariş edilən “RGO” ortopedik cihazından istifadə olunur. 

Bu cihaz vasitəsilə hərəkət məhdudiyyətli şəxslərə addım atmaq şansı yaradılır.

“YAŞAT” Fondu onun müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Allah bütün qazilərimizə şəfa versin!

Paylaş

 Xəbəriniz olsun