Yaşamaq üçün Gürcüstana gedən azərbaycanlıların sayı açıqlandı

  • SpaceTV
  • 12 Noyabr 2019 16:37

2015-ci ildən 2018-ci ilə qədər olan dövr ərzində Gürcüstana üç min azərbaycanlı köçüb.

Bununla bağlı Gürcüstanın Miqrasiya Komissiyasının yayımladığı hesabatda məlumat verilib. 

Bildirilib ki, Gürcüstanda müvəqqəti yaşamaq icazəsi alanlar arasında azərbaycanlılar ikinci yerdədir. 

Rusiya vətəndaşları isə bu ölkədə daimi yaşayış icazəsi almaqda lider olublar. Belə ki, təxmini doqquz min nəfər rusiyalı Gürcüstanda daimi yaşamaq haqqında şəhadətnamə alıb.

Statistikaya əsasən, dörd il ərzində 20800 əcnəbi Gürcüstanda daimi və ya uzunmüddətli yaşamaq icazəsi alıb.

Paylaş

 Xəbəriniz olsun