Yasamaldakı göl qurudulacaqmı?

  • Space TV
  • 28 İyul 2020 16:28

Yasamal rayonu ərazisində yerləşən bu göl şəhərimizə ayrı bir gözəllik qatmaqla yanaşı həmdə şəhərin mərkəzində yaşayış binalarının əhatə etdiyi  yeganə göldür.Ancaq bir müddət öncə  sözügedən gölün qurudularaq yerində yaşayış binasının tikiləcəyi xəbərləri yayıldı.

Araşdırma nəticəsində müəyyən edilib ki, sakinlərin müraciəti əsasında ərazinin məişət tullantılarından təmizlənməsi   ilə bağlı mülkiyyətçiyə  verilən tapşırığın icrası zamanı torpaq və gölün ətrafinda   mövcud balans pozulub və əraziyə ziyan dəyib. Bununla əlaqədar icra strukturları tərəfindən təcili təxirəsalınmaz işlər həyata keçirilib. Mülkiyyətçiyə ərazini öz vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməsi tapşırılıb, ona ciddi xəbərdarlıq edilib.

Hazırda gölün ətrafındakı ərazinin  təmizlənməsi və ilkin vəziyyətə qaytarılması üzrə işlərə start verilib.Görülən işlər  aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Yaşayış kompleksinin  sakinləri məsələyə operativ reaksiya göstərdiyinə görə ölkə rəhbərliyinə xüsusi minnətdarlığını bildirərək   şəhər hakimiyyət orqanlarının ərazini ilkin vəziyyətinə qaytarmaq planlarını birmənalı şəkildə dəstəklədiklərini qeyd etdilər

ETSN-dən isə Hər Günə bildirildi ki, sözgedən gölün qurudulması və ətrafında hər hansı işlərin aparılması ilə bağlı məlumat daxil olduqdan dərhal sonra nazirlik ərazidə araşdırma aparılıb və mövcud vəziyyətlə bağlı  müvfiq strukturları məlumatlandırıb. 

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun