Yasamalda abad həyət istifadəyə verildi

  • SpaceTV
  • 28 Yanvar 2020 15:58

İDEA ictimai birliyinin  təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş, Bizim Həyət lahiyəsi çərçivəsində yenilənən növbəti həyət Yasamal  sakinlərinin istifadəsinə verilib. Həyət, parlament prospekti 2B,4 və 6 A ünvanlarında 600 nəfər sakinin yaşadığı 3 ədəd yaşayış binasını əhatə edir

Layihə çərçivəsində abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları  məhdud  insanların da rahat  hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirilmələri məqsədi ilə ərazidə mini futbol və basketbol  meydançaları, şahmat  meydançası, müxtəlif yaş qrupları üçün  nəzərdə  tutulmuş  idman  qurğuları, uşaqlar üçün  oyun meydançası və oturacaqlar quraşdırılıb.

Eyni zamanda, ərazidə velosiped yolu, 2 ədəd söhbətgah inşa edilib, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb. Bundan başqa ərazidə  ev heyvanlarının gecələməsi  üçün xüsusi yerlər hazırlanıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətlərdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub,bloklara yeni dəmir qapılar  və plastik pəncərələr quraşdırılıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların  bərpası  ilə yanaşı, əlavə  olaraq 30  ədəd  ağac əkilib və 500 kv.m  ərazidə yaşıllıq zolağı salınıb. Bina sakinlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.

Məlumat üçün  bildirək ki,sözügedən lahiyənin paytaxtın bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun