Yasamal rayonunda yanğın olub

  • SpaceTV
  • 9 Sentyabr 2019 14:05

Gecə  saatlarında  paytaxtın Yasamal rayonunda yanğın hadisəsi baş verib. Havanın küləkli olması yanğını daha da sürətləndirsə də, bina sakinləri tərəfindən tez bir zamanda yanğının qarşısı alınıb.

Hadisə Xıdır Mustafayev küçəsində yerləşən meyvə tərəvəz dükanına bitişik ərazidə qeydə alınıb.

Hadisə nəticəsində 12 ədəd yeşik taxtası və müəyyən miqdarda tərəvəz,  yararsız hala düşüb. Əraziyə FHN yanğnsöndürənləri və Yasamal rayon Polis idarəsinin əməkdaşları cəlb olunub. İlkin ehtimal olaraq yanğına səbəb kimi binadan atılan siqaret közü  göstərilsə də, bu barədə dəqiq fikir bildirmək hələ mümkün deyil.

Hazırda faktla bağlı araşdırma aparılır.

Nurlan Piriyev – Həsənağa Dadaşov Space  

Paylaş

 Xəbəriniz olsun