Yardımlıda ikimərtəbəli ev yandı

  • SpaceTV
  • 31 Oktyabr 2019 11:34

Yardımlı rayonunun Köryədi kəndində ev yanıb. 

FHN-dən SPACE TV -ə verilən məlumata görə, ümumi sahəsi 300 m² olan ikimərtəbəli, 4 otaqlı evin dam örtüyü, ikinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və ev əşyaları 150 m² sahədə yanıb.  

Evin qalan hissəsi yanğından mühafizə olunub.  

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Paylaş

 Xəbəriniz olsun