Yardımlıda bu il taxıl bol olacaq buna sebəb qarın yağması olub

  • Space TV
  • 8 Fevral 2020 11:33

Qar bərəkət rəmzidir, amma yağma zamanına görə kənd təsərrüfatına təsirləri müxtəlif ola bilər. İlin bu vaxtı – qış aylarında havanın qarlı və şaxtalı keçməsi kənd təsərrüfatı üçün çox əlverişlidir. Mütəxəssislər iqlimin fəsilə uyğun davam etməsini həm insan sağlamlığı baxımdan, həm də epidemioloji baxımdan vacib sayırlar. Xüsusilə gecə saatlarında şaxtaların  düşməsi taxıla, tərəvəz-bostan bitkilərinə, eləcə də meyvə ağaclarına müsbət təsiri göstərir.

Ölkəmizdə dənli bitkilərin əksəriyyəti dəmyə şəraitində yetişdirilir. Dəmyə əkinçiliyində əsas su mənbəyi yağıntılardır. Yağan qarın uzun müddət torpaq üzərində qalması bitkiləri qoruyur,  həm də torpaqda nəmlik yaradır ki, bu da bitkinin inkişafına kömək olur. Bundan başqa, şaxtalı hava torpaqda olan zərərvericiləri və gəmiriciləri məhv edir, məhsuldarlığın artmasına səbəb olur.

Rayonda bu təsərrüfat ili üçün ümumilikdə 3450 hektar sahədə əkin aparılıb. Bunun da 3200 hektarı buğda, qalanı isə arpa və vələmir sahələridir.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun