Yardım etməyə tələsək!

  • SpaceTV
  • 14 Sentyabr 2019 12:12

Onun  yarımçıq qalan arzuları, istəkləri var. Həyata olan sevgisini gözlərindən hiss etmək çətin deyil. Gülyaz 5 ildir ki, yumşaq toxuma xərçəngi xəstəliyindən əziyyət çəkir. Məhz xəstəliyinə görə 12 yaşından sonra təhsilini yarımçıq qoymalı olub.  

Bir qədər çarəsiz, lakin ümidli olan ana qızının bu xəstəliyə qalib gələcəyinə inamını itirməyib.

Özündən yaşca böyük olanbacısı, Gülyazın xəstəliyi ilə bağlı hazırda heç bir yerdə işləmir. Əməliyyat isə xarici ölkələrdə mümkün ola bilər. Ailə müalicə üçün çox ölkələrə müraciət edib. Yalnız Almaniyadan müsbət cavab gəlib.

Dəyərli izləyicilərimiz odur ki, vaxt itirməyək. Gülyazın sağalması üçün imkan daxilində kömək etməyə çalışaq. 050 402-90-43 ; 050 350 19-61 mobil nömrələrinə zəng vuraraq yardım edə bilərsiniz .

Nərgiz Ərəstunqızı  Elşən İsmayılzadə  Space

Paylaş

 Xəbəriniz olsun