Yararsız məhsullar məhv edildi

  • SpaceTV
  • 14 Sentyabr 2019 12:05

İstifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş mallar Dövlət Gömrük Komitəsi nəzdində fəaliyyət göstərən məhv etmə komissiyası tərəfindən yandırılaraq ləğv edildi. 

Bu gün siz Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən ayrı-ayrı vaxtlarda fiziki şəxslər tərəfindən ölkə ərazisinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3.5 saylı qərarı ilə müəyyən olunmuş tətləblərə cavab vermədən qeyd olunan tələbləri pozmaqla mənşəyi bilinməyən istifadəyə yararsız gətirilən malların DGK nəzdində fəaliyyət göstərən məhv etmə komissiyası tərəfindən məhv olunub.  

Ümumilikdə, aksiz markası ilə markalanmayan müxtəlif markalı 3867640 ədəd siqaret, 24733 ədəd fişəng və şənlik üçün pirotexniki vəsitələr, 2486 ədəd dərman preparatları, 2106 ədəd yararsız, müxtəlif markalı telefon və aksesuarları, 7846 litr alkoqollu və sərinləşdirici içkilər, 18240 kq ərzaq və qeyri ərzaq məhsulları, 3140 kq yuyucu vasitələr və müxtəlif növ məişət malları məhv edilib.

Qeyd edək ki, yandırılan məmulatlar arasında Ermənistan istehsalı olan mallar və  209 ədəd müxtəlif növ spirtli içkilər də olub. Bu spirtli içkilərin fiziki kimyəvi tərkibi dövlət standartlarına uyğun deyil.

Lalə Ülviqizi  Space

Paylaş

 Xəbəriniz olsun