Yararsız ət aşkarlanıb

  • SpaceTV
  • 28 Sentyabr 2019 12:47

Xaçmaz rayon polis şöbəsinin əməkdaşları istifadəyə yararsız ət aşkar ediblər. Rayon ərazisində aşkar olunan bir fermada atlar kəsilib, satış üçün hazırlanıb. Əraziyə baxış zamanı orada həm kəsilmiş atlara həm də kəsim üçün hazırlanan diri atlara rast gəlinib.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xaçmaz rayonunda qanunsuz ət kəsimi ilə məşqul olan şəxslər aşkar edilib. Rayon sakini Nicəsur Mövsüma məxsus Qara-qaşlı kənd ərazisində yerləşən fermaya keçirilən baxış zamanı oradan natəmiz vəziyyətdə olan, istifadəyə tam yararsız  300 kiloqramdan artıq çəkidə at əti  və kəsim üçün alınmış xəstə atlar aşkar edilərək götürülüb.

Qanunsuz ət kəsimi ilə məşqul olan şəxslər atları müxtəlif ərazilərdən alaraq satış üçün kəsdiklərini bildiriblər.

Aşkar olunan ətlərdən nümunələr götürülüb və nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Emin Vaqifoğlu  Xaçmaz

Paylaş

 Xəbəriniz olsun