Yaralı əsgərə kömək adı altında yalnış məlumatlar yayılır

  • Space TV
  • 9 Dekabr 2020 15:14

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu.
Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər.

Vətən Müharibəsi zamanı yaralanan əsgərlərimiz də oldu. Hər kəs onlara kömək üçün əlindən gələni etməyə çalışır.

Yaralı əsgərə kömək edilməsi barədə məlumatlar hazırlanır və sosial şəbəkələrə yerləşdirilir. Lakin bu tipli məlumatlar arasında yalan xəbərlər də var. Əsasən sosial şəbəkələrdə yayılan məlumatların araşdırılması zamanı vəziyyətin xeyli fərqli olduğu aşkarlanır. 

Bir sıra xəbər portalları da bu tipli məlumatları əlavə araşdırma aparmadan sosial şəbəkələrə istinadən yayırlar.

Paylaş

 Xəbəriniz olsun