Yaponiyanın Müdafiə naziri : Şimali Koreya tərəfindən iki ballistik raket buraxılıb

  • SpaceTV
  • 24 Avqust 2019 13:18

Yaponiyanın Müdafiə naziri Takeşi İvaya avqustun 24-də səhər Şimali Koreya tərəfindən iki ballistik raketin buraxıldığını bildirib. Nazir vurğulayıb ki, Koreya Respublikasının Hərbi Xarakterli İnformasiyanın Mübadiləsi Barədə Müqavilənin (GSOMIA) müddətinin uzadılmayacağı haqqında xəbərdarlığına baxmayaraq, Yaponiya bu barədə kifayət qədər məlumat əldə edib.

Avqustun 24-də jurnalistlər qarşısında çıxış edən T.İvaya həmin raketlərin Koreya yarımadasının şərq hissəsindən yerli vaxtla saat 6:44-də və 7:01-də buraxıldığını bildirib.

Paylaş

 Xəbəriniz olsun