Yaponiyalılar olimpiadanın keçirilməsini istəmir

  • Space TV
  • 11 Yanvar 2021 11:18

Yaponiyanın paytaxtı Tokioda və digər şəhərlərdə yanvarın 8-dən koronavirusla əlaqədar fövqəladə vəziyət rejimi tətbiq edilib.

Spacetv.az xəbər verir ki, bu, Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına münasibəti kəskin şəkildə pisləşdirib.

“Kyodo”nun telefon anketinə görə, Yaponiya sakinlərinin 80 faizi “Tokio-2020″nin ləğv edilməsini və ya təxirə salınmasını istəyir. Sorğuda iştirak edənlərin 35,3 faizi olimpiadanın ləğvinin tərəfdarıdır, 44,8 faizi isə yarışın yenidən təxirə salınmasını dəstəkləyir.

Qeyd edək ki, Tokio-2020 bu il 23 iyul – 8 avqusta təxirə salınıb. Bazar ertəsi Yaponiyada 1219 nəfərdə koronavirus aşkarlanıb.

Paylaş

 Xəbəriniz olsun