Yaponiyada “Toyota” zavodu yanır

  • Space TV
  • 21 Dekabr 2020 14:18

Yaponiyanın Ayti mərkəzi prefekturasında ən böyük yapon avtomobil istehsalçısı “Toyota Motor” zavodunda yanğın başlayıb.

Spacetv.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Qurbanlarla bağlı məlumat yoxdur. Müəssisənin ərazisində və ona bitişik binalardan ümumilikdə 300 nəfər təxliyyə edilib.

Yanğını söndürmək üçün hadisə yerinə 14 yanğınsöndürmə briqadası cəlb olunub.

Paylaş

 Xəbəriniz olsun