Yaponiyada qatar yük maşını ilə toqquşaraq relsdən çıxıb

  • SpaceTV
  • 5 Sentyabr 2019 12:41

Yaponiyanın Yokohama şəhərində qatar yük maşını ilə toqquşduqdan sonra relsdən çıxıb. Space TV xəbər verir ki, bu barədə səlahiyyətli şəxslərə istinadən NHK telekanalı məlumat yayıb. Ən azı 30 nəfərin xəsarət aldığı ehtimal edilir. Qəzadan sonra yük maşını yanıb.

Hadisənin hansı şəraitdə baş verdiyi dəqiqləşdirilir.

Paylaş

 Xəbəriniz olsun