Yaponiyada qəribə statistika: Karantinə görə vəfat edənlər koronavirusa görə ölənlərdən çoxdur

  • Space TV
  • 30 Noyabr 2020 11:20

Yaponiyada qəfildən intihar sayı artıb.

Spacetv.az CNN-ə istinadən xəbər verir ki, oktyabr ayında bu səbəbdən 2153 nəfər ölüb. Bu rəqəm ölkədə koronavirusa yoluxma hallarından da çoxdur.

Yaponiyada koronavirusa yoluxma sayı 2087-dir.

Təcrid və pandemiyanın psixi sağlamlığa təsir etdiyi bildirilir. Qeyd edilir ki, bundan ən çox qadınlar əziyyət çəkir. Patriarxal bir cəmiyyətdə çətinliklərin öhdəsindən tək başına gəlmələri onlara çox çətindir. Oktyabr ayında Yaponiyada zərif cinsin nümayəndələri arasında intiharların sayı əvvəlki ilin eyni ayına nisbətən təxminən 83% artıb. Müqayisə üçün deyək ki, eyni dövrdə kişilər arasında intihar sayı təxminən 22% çoxalıb.

Digər böyük problem yeniyetmələrin intihara meyl göstərməsidir. Sorğulara əsasən, məktəblilərin 75% -i pandemiya səbəbindən stress keçirir.

Paylaş

 Xəbəriniz olsun