Yaponiyada güclü qar 60 nəfərin ölümünə səbəb oldu

  • Space TV
  • 19 Yanvar 2021 11:04

Yaponiya hökuməti qarın təmizlənməsi üçün kifayət qədər resursun olmadığı ölkənin şimal bölgələrinə təcili maliyyə yardımı edəcək.

Bu barədə ölkənin dövlət torpaqları, infrastruktur, nəqliyyat və turizm naziri Kadzuyoşi Aqaba çərşənbə axşamı Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

Nazir güclü qar nəticəsində zərər görmüş evlərin qalıqlarını təmizləyərkən 60-dan çox insanın həlak olduğunu da qeyd edib.

Learn more

“Təmizləmə işləri zamanı qeydə alınan ölüm hallarının sayından son dərəcə narahatıq. Dövlət qurumları qarın təhlükəsiz təmizlənməsi üçün lazımi vəsaiti tez bir zamanda hesablayacaq və bu işlərin həyata keçirilməsinə yardım edəcək”, – deyə K.Aqaba bildirib.

Qeyd edək ki, Yaponiyanın mərkəzi adası Honsyuda, eləcə də şimaldakı Hokkaydo adasında dekabr ayından başlayan qar dayanmaq bilmir.

Təbii fəlakət zamanı həlak olanların çoxu yaşlılardır. Onlar evlərin damından yıxılaraq və ya qar uçqunu altında qalaraq həlak olublar.

Paylaş

 Xəbəriniz olsun