Yaponiyada 11 nəfər zəlzələ nəticəsində xəsarət alıb

  • Space TV
  • 4 Sentyabr 2020 11:03

Yaponiyanın mərkəzindəki Fukui prefektirasında cümə günü baş verən 5 maqnituda gücündəki zəlzələdə azı 11 nəfər xəsarət alıb.

Spacetv.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat verib.

Qeyd olunur ki, yaralılar arasında iki uşaq da var. Eyni zamanda, yerli səlahiyyətlilər bir həftə ərzində Fukuidə analoji gücdə başqa bir zəlzələnin baş verə biləcəyinə dair xəbərdarlıq edib.

Zəlzələnin regionda yerləşən AES-lərdə hansısa fövqəladə hallar yaratdığı barədə məlumat verilmir. Sunami təhlükəsi də açıqlanmayıb.

Paylaş

 Xəbəriniz olsun