“YAP vəziyyəti qiymətləndirərək, demokratik bir addım atdı…” – Deputat

  • Space TV
  • 28 Noyabr 2019 16:21

“Biz inkişaf etmiş islahatçı ölkəyik”.

SPACE TV-ın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, deputat Yaqub Mahmudov deyib.

O, bu islahatların müxtəlif sahələri əhatə etdiyini diqqətə çatdırıb: “İqtisadiyyat, siyasət dövlət quruculuğunu və s. sahələrində islahatlar aparılır. Eyni zamanda qanunvericilik orqanında da bu islahatlara uyğun addımlar atılmalıdır. Ona görə YAP vəziyyəti qiymətləndirərək, demokratik bir addım atdı, öz təşəbbüsümüzlə, öz arzumuzla növbədənkənar parlament seçkisinin keçirilməsi barədə tövsiyəmizi verdik, razılığımızı bildirdik. Beləliklə, yeni parlament seçkilərinə başlanacaq. Bu bizim islahatların tərkib hissəsidir. Qanunvericilik sahəsində hökmən islahatlar aparılmalıdır. Bu islahatlar digər sahələrdə aparılan islahatlarla həmahəng olmalıdır. Bu, bizim partiyanın sözüdür və demokratik ölkədə bu cür islahatların olmadı təbii haldır”.

Paylaş

 Xəbəriniz olsun