YAP-ın tərkibi yenilənir: Növbədənkənar qurultayın tarixi açıqlandı

  • Space TV
  • 2 Mart 2021 10:59

Martın 5-də Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı keçiriləcək.

Spacetv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qurultayda bir sıra vacib qərarlar qəbul ediləcək.

Belə ki, partiyanın tərkibi yenilənəcək. Bir çox məşhur simaların partiyanın rəhbər orqanlarından uzaqlaşdırılacağı istisna edilmir.

Xatırladaq ki, YAP-ın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib.

Paylaş

 Xəbəriniz olsun