Yanvarda gözlənilən hava proqnozu açıqlandı

  • Space TV
  • 25 Dekabr 2019 16:04

Əhalinin daha uzun üddətli proqnozlara marağını nəzərə alaraq, yanvar ayında gözlənilən hava şəraitinin ümumi tendensiyası haqqında danışmaq olar. Adətən, Bakıda havanın orta minimal temperaturu müsbət 2,4 dərəcəyə yaxın olur. 

SPACE TV-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, çoxillik məlumatlara əsasən, 1961-ci ildən başlayaraq yalnız dörd dəfə  (1964-cü ildə -1,10С, 1969-cu ildə – 0,40С, 1972-ci ildə -2,30С, 1977-cu ildə -1,20С) orta minimal temperatur mənfi olub.

“Son 30 ildə isə yalnız bir dəfə 2008-ci ildə mənfi orta minimal temperatur (-1,4) qeydə alınıb. Ümumiyyətlə, ölkə üzrə dağlıq və dağəyi rayonlarda şaxtalı günlərin, o cümlədən, qarlı günlərin sayının azalması müşahidə edilir.

Ümumdünya Meteorologiya Təşkilatının xüsusiləşdirilmiş mərkəzlərinin məlumatına əsasən, bizim regionda temperatur rejimində müsbət anomaliyanın üstünlüyü, yağıntıların isə bəzi şərq rayonları istisna olmaqla, normadan az olacağı gözlənilir”.

Paylaş

 Xəbəriniz olsun