İmişli Rayon Polis Şöbəsi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir. Mütamadi olaraq post patrul xidməti avtomobillərindən qaydaların pozulmaması və tələblərə əməl etməsi ilə bağlı müraciətlər səsləndirilir. Həmçinin əhalinin sıx toplaşacığı yerlər polis əməkdşaları tərəfindən nəzarətdə saxlanılır. Buna baxmayaraq karantin rejiminə əməl etməyən şəxslər də var. Belə ki polis əməkdaşları Lənkəran rayon sakini Nəzərli Mais Dadaşbala oğlunu İmişi şəhər ərazisində saxlayıb. O, sms vasitəsi ilə dəfn mərasimində iştirak etmək üçün gəldiyini bildirib. Araşdırma zamanı məlum olub ki, adı çəkilən şəxsin İmişli şəhərində yaxın qohumu yaşamır və heç bir dəfn mərasimi yoxdur. Saxlanılan şəxs əməlini etiraf edib. .
Mais Nəzərli barəsində Azərbaycan respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilib.
Təyyar Nəsirli SPACE TV