Yanğında 8 nəfər ölüb

  • SpaceTV
  • 16 Sentyabr 2019 13:01

Rusiyada yaşayış binasında güclü yanğın olub.

Space Xarici mətbuata istinadən xəbər verir ki,  Krasnoyarskda beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 8 nəfər ölüb

İlkin məlumatda bildirilir ki, ölənlər arasında 4 uşaq da var. Baş verən güclü yanğında ölənlər arasında Lesosibirsk şəhərinin prokuroru Vasili Federoçov, Onun ailə üzvləri və bacısının da ailəsi var. Ehtimal edilir ki, onlar hadisədən əvvəl Bolşakovlar ailəsinə qonaq gediblər.

Qeyd edilir ki, qonşular mənzildə uşaqların qışqırtısını eşidərək Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Xilasedicilər hadisə yerinə operativ gələrək qapını açsalar da, alovun bürüdüyü mənzildə, olanların hamısının həlak olduğunu görüblər.. 

Məlumata görə, hadisəyə köhnə elektrik naqillərinin enerji yükü ilə həddən artıq yüklənməsi səbəb olub. Alov otaqlara qısaqapanma vasitəsilə yayılıb. 

Paylaş

 Xəbəriniz olsun