Yanğın törədənlər tutuldu

  • SpaceTV
  • 22 Sentyabr 2020 17:18

Quba rayonunun Dəlləkli kəndi ərazisində  sakinlərin ot tayaları  və tövlələrinin kim  tərəfindən yandırıldığı məlum olub. Sən  demə ot tayalarına od vuran şəxslər kənddə  şübhə doğurmamaq üçün   yanğınları törətdikdən sonra onun söndürülməsində fəallıq göstəriblər.

Spacetv.az xəbər verir ki, Quba rayonunun Dəlləkli kəndi ərazisində  4 sakinin təsərrüfatında ard-arda baş verən yanğınların qəsdən törədilməsi şübhə doğurduğundan  müvafiq araşdırmalara başlanılıb. Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində yanğınların kənd sakinləri   tərəfindən törədilməsi müəyyən edilib. Polis əməkdaşları tərəfindən aparılan söhbətlər zamanı onlar törətdikləri əməlləri səmimi etiraf edib, peşman olduqlarını bildirblər. Faktlarla bağlı Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırmalar aparılır. 


 Emin Vaqifoğlu, Spacetv.az
 

Paylaş

 Xəbəriniz olsun