Yanğın, qəza, uçqun və bir çox fövqəladə hallar zamanı çağrışlara cavab verən bu operatorlar artıq vətəndaşlara pulsuz psixoloji yardım da göstərirlər. Fövqəladə Hallar Nazirliyində 112-çağri mərkəzinin psixoloq operatorları koronavirus pandemiyası ilə bağlı karantin dövründə psixoloji problemlər yaşayan insanlara xidmət göstərmək üçün fəaliyyətə başlayıblar.
Aprel ayının 8-dən fəaliyyətə başlayan psixoloji xidmətin əməkdaşlarına öncə nazirliyin mütəxxəsisləri tərəfindən təlim keçirilib,telefon rabitəsi vasitəsi ilə insanlara təcili psixoloji yardımın göstərilməsi qaydaları izah olunub. Xidmət 24 saat boyunca 12 psixoloqla psixoloji köməyə ehtiyacı olan istənilən insana lazimi konsultasiya və köməklik göstərirlər.
Psixoloq Könül Əliyeva deyir ki, karatin müddətində daxil olan zənglərin əksəriyyəti iş həyatına öyrəşən insanların evdə qaldığı müddətdə gündəlik rejimini düzgün bölüşdürə bilməməsi,özünün və yaxınlarının virusa yoluxma qorxusu, həmçinin ailə daxili münaqişələrin, eləcə də psixoloji problemi olan insanların indiki halda əlamətlərinin kəskinləşməsi və bu kimi 300-ə yaxın müraciət daxil olub.
Nazirliyin mütəxəssisinin sözlərinə görə, vətəndaşlar bu dönəmdə psixoloji və fizioloji imunitetlərini yüksək saxlamalıdırlar ki,karantin rejimi başa çatdıqdan sonra sosial fəaliyyətlərinə daha tez adaptasiya ola bilsinlər.
RƏŞAD VƏKİLOĞLU SPACE TV