Yanğın davam edir -FOTO

  • SpaceTV
  • 20 Avqust 2019 14:38

Space TV məlumat verir ki, ötən gün səhər saatlarında Şabran rayonunun dağlıq ərazilərindən başlayan yanğın Qubanın Zərqava kəndininin ərazisinədək uzanıb. Verilən məlumata görə,  alovu ram etmək hələ mümkün olmayıb.  40 hektara yaxın ərazidə kol-kos və ağaclar yanıb. Yanğın bələdiyyə mülkiyyətində olan torpaqlarda baş verib. Dünən səhər saatlarından etibarən ərazidə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin regional bölməsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvələri, eləcə də Quba Rayon İcra Hakimiyyətinin, Quba Rayon Polis Şöbəsinin əməkdaşları və yerli sakinlər yanğının söndürülməsində iştirak edirlər. Ərazi dağlıq relyefə malik olduğundan, həmçinin hava şəraitinin küləkli olması alovun ram edilməsində çətinliklər yaradır.

Paylaş

 Xəbəriniz olsun